Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

3 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi  Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 12 nömrəli orta məktəbdə “Yaz aylarında fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları, müəllim və şagirdlər iştirak etmişdir.

Çıxış edənlər “Sel və daşqınlar”, “Daşqınlar zamanı şəxsi təhlükəsizlik”, “Təbii fəlakətlər zamanı hərəkət qaydaları”, “112” qaynar telefon xətti”, “Zəlzələ zamanı nə etməli”, “Yanğın təhlükəsizlik qaydalarına riayət edin” mövzularında məlumat vermişdir. Novruz bayramı ərəfəsində yanğın təhlükəsizliyi qaydaları xatırladılmış, qeyd edilmişdir ki, bayram tonqalları yaxınlığında tezalışan maddələr saxlanılmamalı, qapalı yerlərdə atəşfəşanlıq edilməməlidir. Bu barədə yaddaş vərəqələri paylanılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu