Geri

FHN-in Şimal Regional Mərkəzində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir

31 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir  keçirilmişdir.

Tədbir iştirakçıları, əvvəlcə, soyqırımı qurbanlarının, həmçinin, Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra tədbirdə cıxış edən natiqlər 1918–ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan, bunun nəticəsində minlərlə azərbaycanlının qətlə yetirilməsindən danışmış, 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə bağlı ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı  fərmanın əhəmiyyətindən və hazırda soyqırımı zamanı baş vermiş həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında məqsədyönlü təbliğatın vacibliyindən və uğurlu nəticələrindən geniş söz açmışlar.

Tədbirin sonunda qısametrajlı film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu