Tədbir iştirakçıları, əvvəlcə, soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuş və faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.
Sonra tədbirdə FHN Cənub Regional Mərkəzinin rəisi polkovnik Zəmani Dadaşov çıxış edərək 1918-ci il martın 31-də daşnak-erməni quldurları tərəfindən törədilmiş qətliamlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin Azərbaycan xalqına qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edənlər tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktlarından bəhs etmiş, azərbaycanlılara qarşı törədilən soyqırımına bu günədək dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilmədiyini qeyd etmiş, bu həqiqətlərin beynəlxalq miqyasda təbliği istiqamətində görülən tədbirlərdən danışmışlar.
FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...
Ardını oxu8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər” mövzusunda seminar keçirilib. ...
Ardını oxu1 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...
Ardını oxu