Geri

FHN-in əməkdaşları Kiyevdə keçirilmiş Avropa İttifaqının iclasında iştirak etmişlər

23-24 mart tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqının (Aİ) “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” adlı Şərq Proqramının (PPRD East) 2-ci fazasının Milli Proqram Əlaqələndiricilərinin və İdarəedici Komitəsinin ilk iclası keçirilmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi iclasa Şərq Proqramına qoşulmuş tərəfdaş ölkələrin mülki müdafiə və fövqəladə halların idarə olunması sahələrinə cavabdeh orqanlarının, Avropa Komissiyasının, Aİ-yə üzv dövlətlərin və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri qatılmışdır.

İclasda çıxış edən Aİ Şərq Proqramının layihə direktoru Jean Francois Moret və Avropa Komissiyasının Humanitar Yardım və Mülki Müdafiə Baş İdarəsinin Mülki müdafiə siyasəti, fövqəladə halların qarşısının alınması, hazırlıq və fəlakət riskinin azaldılması üzrə idarəsinin direktoru Hans Das Aİ Mülki Müdafiə Mexanizminin Aİ-yə üzv dövlətlər və tərəfdaş ölkələr arasında təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində əməkdaşlıq üçün çərçivə olduğunu və 2014-cü ildə qüvvəyə minmiş mülki müdafiə üzrə yeni qanunvericiliyin tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradacağını qeyd etmişlər.

İclasda tərəfdaş ölkələrin nümayəndələri cıxış edərək Avropa İttifaqı ilə erkən xəbərdarlıq sistemləri, elektron risk xəritələri, sənaye qəzalarının qarşısının alınması sahələrində təcrübə və mütəxəssis mübadiləsinin aparılmasının və Aİ-nin Birgə Tədqiqat Mərkəzi və “CBRN (kimyəvi, bioloji, radioloji və nüvə) Bacarıq Mərkəzləri” adlı təşəbbüsü çərçivəsində əməkdaşlığın zəruri olduğunu vurğulamışlar.  

İclas layihəyə cəlb edilmiş ekspertlərin təqdimatları ilə davam etdirilmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu