Geri

FHN-in Sumqayıt Regional Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir

31 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra tədbirdə çıxış edənlər 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni-daşnak  silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə məlumat vermiş, ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" imzalanmış olduğu 1998-ci il 26 mart tarixli fərmanın əhəmiyyətini, soyqırımla bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan  məqsədyönlü təbliğat işlərinin uğurlu nəticələrini qeyd etmişlər.

Tədbirin sonunda “Unudulmaz faciə” adlı qısametrajlı sənədli film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu