Geri

FHN işçilərinin Həmkarlar İttifaqı Novruz bayramı şənlikləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı 23-27 mart 2015-ci il tarixlərində Nizami Kino Mərkəzində nazirliyin əməkdaşlarının uşaqları üçün Novruz bayramı şənlikləri təşkil etmişdir.

Bayram şənliklərində balacalar  “Əsmər” rəqs qrupu ilə birgə qədim folklor nümunələrimizdən olan yallı ifa etmiş, “Tıq-tıq xanım” nağılının motivləri əsasında hazırlanmış tamaşaya baxmışlar.

Sonra Novruz bayramının əsas qəhrəmanları Kosa və Keçəlin iştirakı ilə uşaqlarla ipdartma, mütəkkə, motal-motal oyunları keçirilmişdir.

Şənliklərdə FHN-in Adil İsgəndərov adına Mədəniyyət Sarayının yaradıcı kollektivi fəallıq göstərmişdir.

Şənliklərin sonunda FHN işçilərinin Həmkarlar İttifaqı uşaqlara bayram hədiyyələri təqdim etmişdir.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu