Geri

FHN-in Qarabağ Regional Mərkəzində 31mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir

30 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Çıxışlarda ermənilərin tarix boyu irəli sürdükləri ərazi iddiaları, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs edilmişdir. Bildirilmişdir ki, 1918-ci ilin mart və aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif  bölgələrində, həmçinin, Şamaxı, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni-daşnak silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş, bunun nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra tarixi ədalətin bərpasına başlanılmış və 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Tədbirdə torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına inam ifadə edilmişdir.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu