Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

3 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Füzuli rayonu, Qayıdış qəsəbəsi 1 saylı tam orta məktəbdə “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə təhsil müəssisəsinin müəllim-şagird kollektivi, texniki işçiləri ilə yanaşı, Füzuli rayon Təhsil Şöbəsinin və FHN-in yerli qurumlarının nümayəndələri iştirak etmişdir.

Tədbirdə məktəbin müəllim və şagird heyətinə fövqəladə halların növləri, mülki müdafiə tədbirləri haqqında ətraflı məlumat verilmiş, “Ekstremal hallarda davranış qaydaları”, “Fəlakət siqnallarının verilməsi”, “İlkin tibbi yardım” və “Hansı hallarda “112” qaynar xəttə müraciət etmək lazımdır?” mövzularında çıxışlar edilmişdir.

Tədbirin gedişində Tailand istehsalı olan yanğınsöndürmə topu nümayiş olunmuş, onun texniki xüsusiyyətləri açıqlanmışdır.

Sonda tədbir iştirakçılarına dəm qazı ilə bağlı videoçarx nümayiş olunmuş, xəbərdarlıq vərəqələri və bukletlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu