Geri

FHN-in DYNX Şəki rayonunda maarifləndirmə tədbiri keçirmişdir

18 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Şimal-qərb Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki rayon Təhsil şöbəsi ilə birgə maarifləndirmə tədbiri keçirmişdir.

Şəki şəhər 10 nömrəli orta məktəbdə keçirilən tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimləri və məktəbin şagirdləri iştirak etmişdir.  

Tədbirdə “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsələsidir”, “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” mövzularında çıxışlar edilmiş, “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” adlı slayd təqdim olunmuşdur.

Təhsil müəssisələri ərazisinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkan qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunmuşdur.

Sonra ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilmiş, yerlərdə yanğına qarşı təbliğat xarakterli tədbirlərdə metodik vəsait kimi istifadə olunması üçün DYNX tərəfindən nəşr olunmuş “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet tədbir iştirakçılarına paylanılmışdır.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

8 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər”  mövzusunda seminar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktiki görüş keçirilib

1 aprel  2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videkonfrans rejimində görüş keçirilib. ...

Ardını oxu