Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi mart ayının 18-də Neftçala şəhər 4 nömrəli orta məktəbdə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının vaxtında alınması və profilaktik tədbirlərin görülməsi barədə biliklərin aşılanması olmuşdur.

Çıxış edənlər fövqəladə hallar baş verən zaman nə etməli, dəm qazından zəhərlənmənin qarşısının alınması, yanğın təhlükəsizliyi, ilkin yanğınsöndürmə vasitələri, zəlzələ və daşqın mövzularında məlumat vermişdir. Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bayram günləri ərəfəsində yanğın təhlükəsi ilə bağlı bir sıra təhlükəsizlik qaydaları məktəbin müəllim və şagird kollektivinə izah edilmişdir.

Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuş, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu