Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələ şəhərində seminar keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizliyi ilə bağlı keçirdiyi qabaqlayıcı tədbirlər çərçivəsində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə işlərini davam etdirir.

17 mart 2015-ci il tarixində Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri Qəbələ şəhərində keçirilmişdir.

Seminarda mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər haqqında məlumat verilmiş, qarşıdan gələn böyük idman tədbirində yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün zəruri işlərin görüldüyü qeyd edilmişdir.

Sonra yanğın təhlükəsizliyi ilə əlaqədar fikir mübadiləsi aparılmış, mehmanxana və ictimai iaşə müəssisələrinin işçilərinə yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.

Tədbirin sonunda “Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları” adlı slayd nümayiş etdirilmiş, yeni ilkin yanğınsöndürmə vasitəsi olan avtomatik yanğınsöndürmə topundan istifadə qaydaları əyani şəkildə göstərilmiş, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası seminar iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu