Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

16 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Balakən rayonundakı Humanitar və Texniki təlim litseyində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə çıxış edən Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyi və Şimal-qərb Regional Mərkəzi haqqında məlumat vermiş, fövqəladə halların yaranma səbəbləri və onlardan mühafizə üsulları, ərazi üçün xarakterik olan təbii fəlakətlər zamanı davranış qaydaları, ehtimal olunan təbii və ya texnogen qəzaların qarşısının alınmasında və xəbərdar edilməsində maariflənmənin əhəmiyyəti, mülki müdafiə, nəqliyyat qəzaları, qaz təsərrüfatında yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri, texniki təhlükəsizlik qaydaları, “112” qaynar telefon xəttinə nə vaxt zəng etmək olar və sair mövzularda çıxışlar etmişdir.

Tədbirin sonunda “Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi”, “Zəlzələ zamanı, ondan əvvəl və sonra nə etməli?” adlı videoçarxlar nümayiş olunmuş, tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılaraq suallar cavablandırılmış, şagirdlərə “Təhlükəsiz həyat” adlı jurnallar paylanılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu