Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

16 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağdam rayonu Dörd Yol-1 qəsəbəsində yerləşən Kəlbəcər rayon 128 saylı tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” və “Novruz bayramı şənliklərini təhlükəsiz keçirək!” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə məktəb rəhbərliyi, müəllim-şagird kollektivi və texniki işçiləri iştirak etmişdir.

Çıxış edən natiqlər Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri, iş prinsipi və qurumları barədə danışmış, iştirakçılara “Mövsümlə əlaqədar baş verə biləcək fövqəladə hallar. Onlardan qorunma üsulları”,  “Şübhəli əşyalar aşkar etdikdə necə davranmalı” və “112” Zəng Mərkəzinə müraciət qaydaları, “Novruz Bayramında yanğın təhlükəsizliyi tədbirləri” mövzularında geniş məlumat vermişdir.

Tədbirin sonunda Novruz şənliklərində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş olunmuş, “Novruz şənliklərində təhlükəsizlik qaydaları” adlı bukletlər paylanmış, suallar ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu