Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi 13 mart 2015-ci il tarixində Mingəçevir şəhər 20 nömrəli orta məktəbdə müəllim və şagird heyətinin iştirakı ilə “Fövqəladə hallarda davranış qaydaları, mülki müdafiə hazırlığı” və “112” qaynar xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd insanların baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.

Tədbirdə novruz şənliyində yanğın təhlükəsizliyinin təmin olunması, “112” qaynar xəttinə hansı hallarda müraciət etmək olar, fövqəladə hallarda davranış qaydaları, mülki müdafiə hazırlığı mövzularında çıxışlar edilmiş, nazirliyin qurumlarında xidmətin xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunmuş, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu