Geri

FHN-in TTNDA seminar-müşavirə keçirmişdir

“Azərbaycan Respublikası Şəhərsalma və Tikinti  Məcəlləsi” nin səmərəli tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) təşkilatçılığı ilə 12 mart 2015-ci il tarixində nazirliyin Muğan Regional Mərkəzinin inzibati binasında tədbir keçirilmişdir.

Tədbirdə Şirvan şəhəri, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabad, İmişli və Saatlı rayonlarının icra hakimiyyətlərinin nümayəndələri iştirak etmişdir.

Seminar-müşavirədə Məcəllənin səmərəli tətbiqinin təmin edilməsi, tikintiyə icazə icraatı, tikinti layihələrinin ekspertizadan keçirilməsi, tikintidə dövlət nəzarətinin həyata keçirilməsi və şəhərsalma-tikinti fəaliyyətində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin formalaşdırılması barədə fikir mübadiləsi aparılmışdır.

Məcəllənin tətbiqi ilə əlaqədar müvafiq qanunvericilik aktlarının qəbul edilməsi fonunda yerli icra hakimiyyəti orqanları ilə birgə işin səmərəli təşkilinin zəruriliyi vurğulanmış, həmçinin, yerli icra hakimiyyəti orqanlarına tikintidə dövlət nəzarətinin aparılması və tikinti obyektlərinin istismarına icazə qaydalarının tətbiqinə dair izahatlar verilmişdir.

Bundan başqa, tədbirdə tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından ekspertizadan keçirilməsinin zəruriliyi xüsusi olaraq vurgulanmış, tikintiyə icazə icraatı çərçivəsində layihələrin hazırlanmasına olan tələblər barədə ətraflı məlumat verilmişdir.

Çıxış edənlər TTNDA-da tətbiq olunan informasiya texnologiyaları və iş fəaliyyətinin avtomatlaşdırılması istiqamətində layihələrdən də bəhs etmiş, tikinti layihələrinin ekspertizadan keçirilməsi və tikintidə nəzarətin avtomatlaşdırılmış qaydada aparılması məqsədi ilə mükəmməl proqram təminatlarının işlənildiyi və uğurla tətbiq edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.

Daha sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.  

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu