Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

27 noyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Fövqəladə Hallar Nazirliyinin 10 illik yubileyi münasibəti ilə Zaqatala rayonu Muxax kənd 2 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi, texniki işçiləri iştirak etmişdir.

Tədbirdə çıxış edən Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin 10 illik fəaliyyəti, Şimal-qərb Regional Mərkəzi haqqında geniş məlumat vermişdir. Sonra çıxış edən natiqlər fövqəladə halların yaranma səbəbləri, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, baş verə biləcək fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu və bu təbliğata təhsil ocaqlarının verə biləcəyi töhfələr, mülki müdafiə, nəqliyyat qəzaları, yanğınların başvermə amilləri, ona qarşı mübarizə tədbirləri, məktəblərdə yanğın təhlükəsizliyi qaydaları və yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, texnogen qəzaların yaranmasında insan amilinin rolu, texniki təhlükəsizlik qaydaları, “112” qaynar telefon xətti və sair mövzular haqqında məlumat vermişdir.

Tədbirin sonunda zəlzələ və dəm qazı haqqında videoçarx nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu