Geri

“Dəyirmi masa” keçirilmişdir

Yardımlı Rayon İcra Hakimiyyətində 26 noyabr 2015-ci il tarixində “Yardımlı Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası, yerli icra strukturları, bələdiyyələr ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiyası məsələləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə Fövqəladə Halar Nazirliyi (FHN) Mərkəzi Aparatının və regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, Yardımlı Rayon Fövqəladə Hallar üzrə Komissiyasının sədri, Yardımlı rayonunun kənd və qəsəbə bələdiyyələrinin rəhbərləri, Telekommunikasiya Qovşağının, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, enerji, qaz və su təchizatı üzrə xidmətlərinin rəisləri, Mərkəzi Xəstəxana, Polis və Təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak etmişlər.

“Dəyirmi masa”nın keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Tədbirdə FHN-in əməkdaşları çıxış edərək nazirliyin regionda fəaliyyət göstərən qurumları ilə enerji, qaz və su təchizatı üzrə xidmətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planının bəndlər üzrə geniş təhlilini aparmış və həmin plana uyğun olaraq həyata keçirilən tədbirlərin icrasına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulamış, sualları cavablandırmışlar.

Sonra müvafiq idarə və müəssisə rəhbərlərinin, bələdiyyə sədrlərinin təklifləri dinlənilmişdir. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Toplantının sonunda FHN Cənub Regional Mərkəzinin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar barədə danışılmış, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən tikililər, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı fotoslaydlar göstərilmiş, verilən  suallar ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu