Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 24 noyabr 2015-ci il tarixində Oğuz rayonu, Xaçmaz kənd 2 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə çıxış edən natiqlər dinləyicilərə “Fövqəladə hal anlayışı”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Mülki müdafiə”, “Məktəblərdə mülki müdafiənin təşkili”, “Yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Ərazi üçün xaraxterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallardan qorunması”, “Fövqəladə hallar zamanı əhalinin təxliyyə olunması”,  “112” qaynar telefon xətti” və sair mövzular haqqında geniş məlumat vermişdir.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu