Geri

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 24 noyabr 2015-ci il tarixində nazirliyin digər qurumlarının iştirakı ilə Biləsuvar rayon İcra Hakimiyyətində “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması  və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda  müşavirə keçirmişdir.

Müşavirədə İcra Hakimiyyətinin rəhbər işçiləri, Biləsuvar rayon Fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan  Regional  Dövlət Yanğın Nəzarəti İdarəsinin, Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri iştirak etmişlər.

Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov tədbirdə çıxış edərək Fövqəladə Hallar Nazirliyinin yaradılmasından ötən 10 il müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün müzakirələrin aparılmasının vacibliyini vurğulamışdır.

Çıxış edən digər natiqlər ”Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Biləsuvar rayonunun ərazisində bugünədək aparılmış monitorinqlərin nəticələri”, “Mərkəz ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında bağlanmış qarşılıqlı fəaliyyət planı”, ”Fövqəladə hallardan müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması”, “Təhlükə potensiallı obyektlərdə qaz təsərrüfatında təhlükəsizlik qaydaları”, “Yanğınların söndürülməsində maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları” mövzularında məlumat vermış, Muğan Regional Mərkəzinin monitorinq qruplarının Biləsuvar rayonu ərazisində müxtəlif vaxtlarda yaşayış binalarının, yüksək gərginlikli elektrik hava və yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonalarında, eləcə də rayon ərazisindəki suni göllər və onların balans daşıyıcılarının monitorinqlərinin nəticələrindən bəhs edən slaydlar nümayiş olunmuşdur.

Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində edilən çıxışların və irəli sürülən təkliflərin rəhbər işçilər tərəfindən bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu