Geri

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayonu Bənövşələr qəsəbə tam orta məktəbində maarifləndirici tədbir keçirmişlər

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayonu Bənövşələr qəsəbə tam orta məktəbinin müəllim- şagird kollektivi və texniki işçiləri, habelə  rayon Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirmişlər.

Tədbirin keçirilməsində məqsəd fövqəladə hallar sahəsində şagirdlərin biliklərini daha da təkmilləşdirmək, fövqəladə hallar zamanı davranış və gündəlik həyatda təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin izahından ibarət olmuşdur.

Mərkəz əməkdaşları  Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri və maddi-texniki bazası haqqında məlumatlar vermiş, fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirici söhbətlər aparmışlar. «Fövqəladə hallar, onların təsnifatı», «Təbii xarakterli fövqəladə hallar zamanı davranış qaydaları» mövzularında çıxışlar da edilmiş, həmçinin fövqəladə hallar baş verərkən “101” və “112” xidmətlərinə müraciət qaydaları izah olunmuşdur.

Çıxışlarda  foto-slaydlardan istifadə edilmiş, iştirakçılara mövzuları əhatə edən broşürlar paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu