Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi rayonu Boyat kənd tam orta məktəbində «Fövqəladə hallar zamanı davranış qaydaları » mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə, baş verə biləcək fövqəladə hadisələrin profilaktikasında təbliğatın əhəmiyyətindən bəhs edilmiş, fövqəladə hallar, onun növləri, xüsusiyyətlərindən geniş bəhs olunmuş, həmçinin, Fövqəladə Hallar Nazirliyinin qurumları, fəaliyyət sahəsi, eləcə də Qarabağ Regional Mərkəzinin iş prinsipləri, maddi-texniki bazası haqda iştirakçılar ətraflı məlumatlandırmışlar.

 «Fövqəladə halların növləri», «Zəlzələ, sel, daşqın və digər təbii mənşəli fövqəladə hallar zamanı davranış qaydaları», «Hansı hallarda 112 Xidmətinə müraciət edilməlidir» mövzularında çıxışlar edən Mərkəz əməkdaşları , məktəblilərə baş verə biləcək və ya baş vermiş fövqəladə hallar zamanı düzgün davranış qaydalarını izah etmiş, zəlzələ baş verərkən şagirdlərin necə davranmalarını əyani olaraq nümayiş etdirmişlər.

Sonda, mövzulara uyğun hazırlanmış broşür və bukletlər tədbir iştirakçılarına paylanılmış, onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu