ABŞ-ın Bakıdakı səfirliyinin inzibati binasında taktiki-xüsusi təlim keçirilmişdir
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə 26 sentyabr 2014-cü il tarixində səfirliyin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 111 ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilmişdir.
Təlimin keçirilməsində əsas məqsəd səfirliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin daha da artırılmasından ibarət olmuşdur.
Təlim ssenariyə uyğun olaraq saat 16.00-da ABŞ-ın Bakıdakı Səfirliyinin inzibati binasında şərti yanğının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə məlumatın daxil olması ilə başlamışdır. İnzibati binada olan əməkdaşlar və ziyarətçilər təhlükəsiz əraziyə təxliyyə edilmiş, səfirliyin əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri tətbiq edilməklə yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlər yerinə yetirilmişdir.
Təlim zamanı nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri tərəfindən birgə fəaliyyətdə şərti hadisə yerində insanların xilas olunması, xəsarət alanların ilkin tibbi yardım göstərilməklə aidiyyəti tibb müəssisələrinə təxliyyəsi və inzibati binada baş vermiş yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilmişdir.
Şərti hadisə yerinə cəlb olunmuş qüvvə və vasitələrin idarə olunması məqsədi ilə ərazidə nazirliyin əməliyyat qərargahı açılmışdır.
Təlimin birinci mərhələsi ssenariyə uyğun olaraq səfirlik və nazirliyin mətbuat xidməti tərəfindən ictimaiyyətin baş vermiş hadisə barədə məlumatlandırılması ilə başa çatmışdır.
Təlimin ikinci mərhələsində yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələr aparılmışdır. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən səfirliyin ərazisinə baxış keçirilmiş və ərazinin yanğın təhlükəsizliyi ilə bağlı tövsiyələr səfirliyin bu sahəyə cavabdeh əməkdaşlarının diqqətinə çatdırılmışdır.
Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu