Geri

FHN-nin Bakı Regional Mərkəzi “Fövqəladə hallardan qorunmaq məqsədilə insan hüquqları kontekstində preventiv tədbirlər” mövzusunda “dəyirmi masa” təşkil etmişdir

FHN Bakı Regional Mərkəzində “Fövqəladə hallardan qorunmaq məqsədilə insan hüquqları kontekstində preventiv tədbirlər” mövzusunda “dəyirmi masa” təşkil edilmişdir.                           

“Dəyirmi masa”da AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, Ombudsman aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, FHN Aparatı və qurumlarının nümayəndələri, Bakı Regional Mərkəzinin şəxsi heyəti iştirak etmişdir.

Millət vəkili, professor Aytən Mustafayeva “Fövqəladə hallardan qorunmaq məqsədilə insan hüquqları kontekstində preventiv tədbirlər” mövzusunda çıxış edərək qeyd etmişdir ki, fövqəladə halların qarşısının alınması sahəsində preventiv tədbirlər fövqəladə halların monitorinqi və proqnozlaşdırlması, təbii və texnogen xarakterli şəraitlərin təhlili və idarə olunmasınıdır. O, vurğulamışdır ki, fövqəladə vəziyyətlərdə bu cür halların qarşısının alınması üzrə kütləvi informasiya vasitələri ilə qarşılıqlı fəaliyyət göstərilməli, əhalinin maarifləndirilməsi və məlumatlandırılması təmin edilməlidir.

Məruzədən sonra interaktiv müzakirələr başlamışdır. “Əsas insan hüquqlarından olan həyat təhlükəsizliyinin təmin edilməsi FHN Bakı Regional Mərkəzinin gündəlik fəaliyyəti müstəvisində” mövzusu ilə çıxış edən Tale Şamçıyev qeyd etmişdir ki, Aytən Mustafayevanın çıxışında insan hüquqları sahəsində hüquqi baza öz əksini tapmışdırsa, FHN Bakı Regional Mərkəzi öz fəaliyyətini həmin bazanın reallaşması üzərində qurmuşdur. Bu fikri qeyd edən natiq vurğulamışdır ki, FHN Bakı Regional Mərkəzi paytaxtın ali təhsil ocaqlarında “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı silsilə təlimlər, orta ümumtəhsil, məktəbəqədər və səhiyyə müəssisələrində isə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Bu tədbirlər zamanı 15 minə yaxın tələbə,  məktəbli və həkim heyəti əhatə olunmuşdur.                          

Daha sonra tədbir iştirakçılarının çıxışları dinlənilmişdir.                       

Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi idarəsinin rəisi, polkovnik Məhbubə Mustafayeva Fövqəladə Hallar Nazirliyinin və onun Regional Mərkəzlərinin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən, respublika səviyyəsində keçirilən müsabiqə və yarışlardan danışaraq Nazirliyin insanların maarifləndirilməsi prosesinə verdiyi əhəmiyyəti qeyd etmişdir.

Dəyirmi masada çıxış edən Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov təmsil etdiyi təşkilatla Bakı Regional Mərkəzinin artıq birgə fəaliyyət təcrübəsinin olduğunu qeyd etmiş və bu tədbirin də təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Dəyirmi masa zamanı Mərkəzin multimedia qrupu tərəfindən xüsusi hazırlanmış insan hüquq və azadlıqları ilə bağlı video-materiallar nümayiş etdirilmişdir.

 

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu