Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Cəlilabad şəhər 5 saylı tam orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Həyata keçirilən təbliğat xarakterli tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, DYMX-nin Cəlilabad rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Cəlilabad rayon Təhsil şöbəsinin əməkdaşları iştirak etmişlər.
Çıxış edənlər təhsil müəssisələrində yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması, mülki müdafiə işinin təşkili, eləcə də fövqəladə hallar zamanı düzgün davranış qaydalarının maarifləndirilməsi məqsədilə FHN-nin regionda fəaliyyət göstərən qurumları tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini bildirdi.
Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Partlayış və yanğın, onlara qarşı təhlükəsizlik tədbirləri”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, “Həkiməqədər ilk tibbi yardımı hamı bilməlidir” və “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında geniş məlumatlar verilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Həmçinin, məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.
Daha sonra məktəb binalarının təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə məktəbin təchiz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.
Sonda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri” nə dair video çarx nümayiş olunmuş, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, təqdim olunan əyani vasitələrlə bağlı iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu