FHN-nin Cənub Regional Mərkəzində “2014-cü il üçün Fövqəladə Hallar Nazirliyi üzrə Əsas Tədbirlərin Təqvim Planı”nına uyğun olaraq “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təkşili” mövzusunda qərargah məşqi keçirilmişdir.
Mərkəzin bütün rəhbər və zabit heyəti cəlb edildiyi qərargah məşqinin əsas məqsədi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional Mərkəzinin rəhbər və zabit heyətinin idarəetmə sahəsində peşəkarlıqlarının, bilik və bacarıqlarının daha da artırılması, fövqəladə hallar zamanı fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin reallığının yoxlanılması, vəziyyətin qiymətləndirilməsi, təhlilin aparılması, təkliflərin hazırlanması, qüvvə və vasitələrin idarə edilməsində məşq iştirakçılarının vərdişlərinin artırılması, Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin müəyyən edilməsi və baş vermiş fövqəladə hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanması olmuşdur.
Qərargah məşqi iki mərhələdə keçirilmişdir.
Birinci mərhələdə baş vermiş fövqəladə hadisə barədə şəxsi heyət xəbərdarlıq edilərək birgə fəaliyyət təşkil edilmiş, yaranmış vəziyyət qiymətləndirilmiş, müvafiq hesabatlar və görüləcək işlər barəsində təkliflər hazırlanmış, əsas idarəetmə məntəqəsi, rabitə və xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilmiş, fövqəladə hallar zamanı axtarış və qəza-xilasetmə işlərinin təşkili həyata keçirilmişdir.
İkinci mərhələdə isə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, kəşfiyyatın təşkili, qüvvə və vasitələrin, texnika və avadanlıqların fövqəladə hadisə yerinə cəlb edilməsi, köçürülmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi üçün hazırlıq işlərinin təşkili, cəlb ediləcək qüvvə və vasitələrin hesabatı dəqiq olaraq müəyyənləşdirilmiş, xəsarət alanların ilkin həyat təminatının, yanğın-partlayış obyektlərində baş vermiş qəzaların və nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılması işləri həyata keçirilmişdir.
Mərkəzin əhatə etdiyi ərazidə baş verən fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılıması zamanı Cənub Regional Mərkəzi ilə Nazirliyin yerli qurumları və yerli icra hakimiyyətlərinin idarə və təşkilatları arasında qarşılıqlı fəaliyyət planlarına əsasən işlər davam etdirilmiş, müsbət nəticələr əldə edilmişdir.
Nəticə olaraq, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirakçıların vərdişləri təkmilləşdirilmiş, xilasetmə işinin təşkili zamanı insanların axtarılması və zərərçəkmişlərin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilmiş, Mərkəzin struktur bölmələri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə nail olunmuşdur.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu