Geri

FHN-nin Muğan Regional Mərkəzi orta məktəbdə maarifləndirmə tədbiri keçirdi

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları Salyan rayonu Aşağı Noxudlu  kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə “Fövqəladə hallarda özünü necə aparmalı” və “Həyatının təhlükəsizliyi sənin öz əlindədir”  mövzularında maarifləndirmə tədbiri keçirmişlər.

FHN-nin Muğan Regional Mərkəzi ilə Salyan rayon Təhsil şöbəsi arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planına əsasən keçirilən maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydalarının izah edilməsi, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaq olmuşdur.

Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyəti, strukturu və “112 Qaynar Xətti”nin fəaliyyəti haqqında məlumat vermişlər.

Bununla yanaşı, zəlzələ zamanı nə etməli mövzusunda sənədli film nümayiş olunmuş, məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar cavablandırılmış, əyani vəsaitlər verilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu