Geri

FHN-nin Sumqayıt Regional Mərkəzi məşq keçirmişdir

“Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen zavodunun 30 nömrəli Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt MM məşqi keçirilmişdir.

Məşqə FHN Sumqayıt Regional Mərkəzinin Mülki Müdafiə və Operativ Məlumat şöbələrinin zabit heyəti, Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin 14 nəfərdən ibarət xilasetmə  dəstəsi, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyası, Sumqayıt şəhər Daxili İşlər Nazirliyinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun kollektiviı, qüvvə və vasitələri cəlb edilmişdir.

Məşqin keçirilməsində əsas məqsəd Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə baş verə biləcək fövqəladə hadisə zamanı regionda yerləşən qurumların qarşılıqlı fəaliyyətini təşkil etmək, çevik reaksiya göstərmək və nəticələrin vaxtında aradan qaldırılması işini təşkil etməkdən ibarət olmuşdur.

Məşq zamanı şərti olaraq “Etilen-polietilen” zavodunun ərazisində yerləşən yanacaq çənlərinin terroristlər tərəfindən partladılması, polislər tərəfindən terroristlərin zərərsizləşdirilməsi, partlayışdan sonra baş vermiş dağıntılar arasından zərərçəkmişlərin xilasedicilər tərəfindən çıxarılması, zavodun şəxsi heyətinin evakuasiyası, Qızıl Aypara cəmiyyəti Sumqayıt bölməsinin əməkdaşları tərəfindən zərərçəkmişlərə ilkin tibbi təxirəsalınmaz yardımın göstərilməsi həyata keçirilmiş və “ciddi xəsarət almış şəxslərə” Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları yardım göstərmişlər.

Daha sonra yuxarı mərtəbədə “zərərçəkmiş şəxslərə” xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmiş, onlar lazımi alpinist ləvazimatları ilə xilas edilmişlər.

Uğurla keçən təlimin sonunda  nöqsanlar araşdırıldı və onların gələcəkdə aradan qaldırılması üçün təkliflər verildi.

 

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu