Geri

FHN DYNX “Bakı Metropoliteni” QSC-də yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin  DYNX  “Bakı Metropoliteni” QSC-nin əsaslı təmir xidmətində metronun obyektlərində, sərnişin daşınmasında yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə, bu sahədə olan nöqsan və çatışmazlıqların aşkar edilərək aradan qaldırılmasına həsr olunan tədbir keçirmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Bakı Metropoliteni üzrə Dövlət yanğın nəzarəti şöbəsinin, hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin əməkdaşları, metropolitenin xidmətlərinin baş mühəndisləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisləri iştirak etmişlər.

Tədbirdə çıxış edən FHN DYNX-nin əməkdaşları bildirdilər ki, metropoliten qapalı, strateji əhəmiyyətli obyekt olduğu üçün burada yanğın təhlükəsizliyinin etibarlı şəkildə qorunması çox vacibdir. Qeyd olundu ki, son illər bu sahədə müəyyən işlərin görülməsinə baxmayaraq hələ də bir sıra nöqsanlar mövcuddur. Bəzi obyektlərdə kabellərin keyfiyyəti aşağı səviyyədədir, elektrik təsərrüfatının yenilənməsinə ehtiyac var, əksər stansiyalarda siqnalizasiya sistemi köhnəlib, bəzən qaynaq işləri aparılarkən təhlükəsizlik tədbirlərinə düzgün əməl edilmir.  Bütün bunlar Bakı Metropoliteni üzrə DYNŞ-nin “Göstəriş məktubları”nda öz əksini tapmasına baxmayaraq vəsait çatışmazlığı səbəbindən problemlərin aradan qaldırılması yubadılır.

Sonra tədbir iştirakçılarına dünya yanğın mütəxəssislərinin yanğınların avtomatik söndürülməsi sahəsində əldə etdikləri son nailiyyəti olan “Şar-1” avtomatik yanğınsöndürmə vasitəsi haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, Tailand istehsalı olan “Şar-1” avtomatik yanğınsöndürmə şarı yanğın riskinin çox olduğu yerlərə qoyulur, kiçik bir alışma zamanı  3-5 saniyədə partlayır və dərhal yanğını söndürür. Bir ədəd “Şar-1” avtomatik yanğınsöndürmə vasitəsi 8,3 kub metr həcmli məkan üçün nəzərdə tutulmuşdur. Çəkisi 1,3 kiloqramdır və 6 il texniki qulluq tələb etmədən istismara yararlıdır.

Tədbir iştirakçıları yanğınla bağlı bu cür müzakirələrin  keçirilməsinin Bakı Metropolitenində sərnişinlərin yanğın təhlükəsizliyinin qorunmasında əhəmiyyətli olduğunu xüsusi vurğuladılar.    

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...

Ardını oxu