Geri

FHN-nin Bakı Regional Mərkəzi “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir

FHN-nin Bakı Regional Mərkəzi Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları iştirak etmiş, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar  diqqətə çatdırılmışdır. Çıxışlar zamanı tədbir iştirakçılarına təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları, qaz cihazlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verilmişdir.

    Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də yanğın təhlükəsizliyi barədə video-çarxlar nümayiş etdirilmişdir.

Praktik hissə zamanı institutun həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Bakı Regional Mərkəzinin “Sprinter” (Mercedes BENZ) markalı Xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin maarifləndirmə xarakterli buklet və plakatları, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqları, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnika və vasitələri nümayiş etdirilmiş və onlardan istifadə qaydaları tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

 

 

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu