Geri

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN Sumqayıt Regional Mərkəzi  Sumqayıt şəhər MTİİB 7 №-li Mənzil İstismar Sahəsinin ərazisində yaşayan sakinlərlə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirici tədbir keçirmişdir.

   Regional Mərkəzlə  Sumqayıt ŞİH Mənzil Təsərrüfatı İstismarı İdarəsi arasında  razılaşdırılmış Tədbirlər Planına əsasən şəhər sakinləri arasında keçirilən maarifləndirmə tədbirində əsas məqsəd əhalinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə, binalarda və mənzillərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

   Tədbirdə Sumqayıt Regional Mərkəzin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt ŞİH Mənzil Təsərrüfatı İstismarı İdarəsinin, Sumqayıt Qaz İstismar Sahəsinin ,7 №-li Mənzil İstismar Sahəsinin əməkdaşları və  45-ci məhəllə ərazisində yaşayan sakinlər iştirak edirdi.

   Əvvəlcə Mərkəz əməkdaşlarınin  “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Binaların yanğın təhlükəsizliyi qaydaları”, “Qaz cihazlarının düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”,“Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112 Qaynar Telefon Xətti təhlükəsizliyimizin qarantıdır”  mövzularında çıxışları dinlənildi.

   Daha sonra Fövqəladə Hallar Nazirliyinin “Çimərliklərdə davranış və təhlükəsizlik qaydaları” mövzusunda hazırladığı video-çarx nümayiş olundu.

Sonda tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu