Geri

FHN-nin Şimal-Qərb Regional Mərkəzi jurnalistlərlə “dəyirmi masa” keçirmişdir

Baş verə biləcək fövqəladə halların qarşısının alınması, fövqəladə hallar baş verdikdə ziyanların minimuma endirilməsi, insan amilinin mənfi rolu nəticəsində yaranan texnogen qəzalara qarşı diqqətin artırılması üçün əhali ilə aparılan təbliğatın gücləndirilməsi və bu təbliğatda yerli mətbuatın rolu, qəzetlərdə mütəmadi olaraq fövqəladə hallarda davranış qaydalarına həsr olunmuş geniş tərkibli materialların dərc olunması, mətbuat vasitəsi ilə daim əhalinin maarifləndirilməsi məqsədilə FHN Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları Qax rayonunun ictimai-siyasi qəzeti olan “Şəlalə” qəzetinin redaksiyasında “Baş verə biləcək fövqəladə  hadisələrin qarşısının vaxtında alınması və baş vermiş fövqəladə hadisələrin aradan qaldırılması ilə əlaqədar  qarşıda duran vəzifələr haqqında mühazirənin təşkil olunması, mətbuat vasitəsi ilə insanların maarifləndirilməsi”  mövzusunda “dəyirmi masa “ keçirmişlər.  

“Dəyirmi masa”da “Şəlalə” qəzeti redaksiyasının kollektivi ilə yanaşı Qax rayon İcra Hakimiyyətinin, Qax şəhər Bələdiyyəsinin, Qax rayon Meşə mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları da iştirak edirdilər.

Tədbirdə ilk öncə Mərkəz əməkdaşları tərəfindən əhalinin fövqəladə hallardan qorunması, hadisələrə insanlar tərəfindən çevik və düzgün reaksiyanın verilməsi üçün insanların hadisələrə uyğun davranış qaydalarının bilməsi, elektrik cihazlarından, qaz və digər qızdırıcı sobalardan düzgün istifadə, təbii və insan faktoru nəticəsində yaranan digər texnogen qəzalar haqqında, meşələrin yanğınlardan qorunması,  baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğatın rolu və bu məqsədlə əhali arasında daim təbliğatın aparılması və sair mövzular haqqında məlumatlar verildi. Bundan əlavə, cari il ərzində baş verən yanğınların statistikası açıqlandı.

Sonra mövzular ətrafında fikir mübadiləsi oldu, rayon üçün xarakterik olan təbii fəlakətlər, mövsümü hadisələr, bununla bağlı qabaqlayıcı tədbirlər və baş verdiyi zaman davranış qaydaları haqqında məlumatların  qəzet səhifələrində də mütəmadi olaraq əhalinin nəzərinə çatdırılmasının vacibliyi vurğulandı.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu