Geri

FHN-nin Aran Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin təşkilatçılığı və Goranboy rayon İcra Hakimiyyəti və “Mübariz” qəzetinin əməkdaşlarının iştirakı ilə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Qəzet redaksiyasında keçirilən tədbirdə bildirildi ki, Aran Regional Mərkəzi əhatə etdiyi şəhər və rayonlarda öz səlahiyyətləri daxilində mülki müdafiə işinin təşkili, əhali və ərazinin fövqəladə hallardan qorunmasını həyata keçirir. Bundan əlavə, monitorinqlərin nəticələrinə dair aidiyyəti qurumlara təkliflər verir və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edir. Bu məqsədlə fövqəladə hallar zamanı insan və mülkiyyət itkilərini azaltmaq üçün əhali arasında maarifləndirmə tədbirləri aparılmalı və onlara fövqəladə hallar zamanı davranış  qaydaları aşılanmalıdır.

Sonra Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən mövzular ətarfında məruzələrə başlanıldı. “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələr”, “Fövqəladə hallar zamanı mülki müdafiə işinin təşkli” və “Fövqəladə hallar zamanı aidiyyəti qurumlarla əlaqələrin təşkil olunması” mövzularında çıxışlar dinlənildi.

“Dəyirmi masa”nın işində iştirak edən Goranboy rayon İcra Hakimiyyətinin nümayəndəsi və “Mübariz” qəzetinin redaktoru çıxış edərək vurğuladılar ki, baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün əhali ilə aparılan təbliğat olduqca əhəmiyyətlidir. Onlar həmçinin xarakterik olan təbii fəlakətlər, mövsümü hadisələr, bununla bağlı qabaqlayıcı tədbirlər və davranış qaydaları haqqında məlumatların mütəmadi olaraq qəzet səhifələrində əhalinin nəzərinə çatdırılmasının vacibliyini qeyd etdilər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar  ətraflı cavablandırıldı.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu