Geri

FHN-nin Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbirini keçirdi

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları Sabirabad rayon İcra Hakimiyyətində əhalinin və ərazilərin təhlükəli hadisələrdən xəbərdar edilməsi, qorunması və qarşısının alınması istiqamətində “Əhalinin Mülki müdafiə üzrə hazırlığının təşkili” mövzusunda   maarifləndirmə tədbiri keçirib.  Sabirabad rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, bələdiyyə, idarə və təşkilatların rəhbərləri, sahibkarların iştirakı ilə keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti, struktur bölmələri, fövqəladə hadisələrlə bağlı əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması və  Mülki müdafiə sistemi  haqqında məlumat verildi.

Sonra yanğın təhlükəsizliyi, ilkin yanğınsöndürmə cihazları haqqında slaydlar vasitəsilə ətraflı  məlumat verilərək Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur bölmələri ilə bağlı video-çarx nümayiş etdirildi.

Mövzular ətrafında geniş müzakirələr aparıldı və tədbir iştirakçılarının  sualları cavablandırıldı.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu