Geri

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-nin Sumqayıt  Regional  Mərkəzi  Sumqayıt  şəhər 11 №-li “Günəş” körpələr evi - uşaq bağçasında “Fövqəladə hallar zamanı özünü necə aparmalı?” mövzusunda maarifləndirici tədbir keçirmişdir.

Regional Mərkəzlə Sumqayıt şəhər Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirin əsas məqsədi uşaq bağçasının müəllimələrinin və texniki işçilərinin, eləcə də bağçadakı uşaqların fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və bağçada baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi olmuşdur.

Öncə FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşları “Fövqəladə hallarda özünü necə aparmalı?,” “Təhlükədən qorunmağı hamı bacarmalıdır”  mövzularında çıxışlar etmişlər.

Sonra “Şəhərdə davranış qaydaları” və  “Balaca xilasedici və dostları” adlı cizgi filmləri nümayiş olundu. Cizgi filmləri uşaqların böyük marağına səbəb oldu.

Sonda Mərkəz tərəfindən “Fövqəladə hallar haqqında nə bilirik” mövzusunda hazırlanan test kitabçaları uşaqlara paylanıldı.

              

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu