Geri

FHN-nin Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

FHN-nin Cənub Regional Mərkəzi Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-nin Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda  seminar-müşavirə keçirmişdir.

Həyata keçirilən təbliğat xarakterli tədbirdə FHN-nin DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Cənub Regional Mərkəzinin,  Masallı rayon İcra Hakimiyyətinin, həmçinin  rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Tədbirin keçirilməsində  məqsəd regionda baş verə biləçək təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətlərində Mərkəz ilə regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də idarə və müəssisələrdə fəaliyyət göstərən əməkdaşların yanğın və texniki təhlükəsizlik tədbirləri sahəsində maarifləndirilməsi  olmuşdur.   

Seminar-müşavirədə çlxış edən Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarə və müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, mülki müdafiə işinin təşkili, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, eləcə də fövqəladə hallar zamanı düzgün davranış qaydalarının əhali arasında təbliği və maarifləndirilməsi məqsədi ilə  Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumları tərəfindən mütəmadi olaraq həyata keçirilən tədbirlərin vacibliyini vurğuladı.

Sonra “FHN-nin Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi”, “112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?”, “Fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər”, “2014-cü ilin yay mövsümündə regionun ərazisində yerləşən su hövzələrində baş verə biləcək suda boğulma hadisələrinin qarşısının alınması və sularda insanların təhlükəsizliyinin təmin edilməsi”, “Kimyəvi zəhərlənmə təhlükəsi və əhalinin davranış qaydaları”, “Yanğının baş vermə amilləri, ona qarşı mübarizə tədbirləri. İdarə və müəssisələrin təxliyə planlarının hazırlanması”, “Fərdi mühafizə vasitələri haqqında ümumi anlayış və onlardan istifadə qaydaları” mövzularında tədbir içtirakçılarına geniş məlumatlar verilmiş, onları maraqlandıran  suallar ətraflı cavablandırılmışdır.

Daha sonra idarə və müəssisələrin təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına  nəzarətin artırılmasının, binanın əsas və ehtiyat çıxış qapılarının, zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı özünə və başqalarına kömək etməyi bacar”, “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, FHN-nin hazırladığı “Dəm qazı və arzuolunmaz qonaq”, “Meşələri yanğından qoruyaq” adlı video çarxlar  nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu