Geri

Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursantları Muğan Regional Mərkəzində təcrübə keçirlər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursantları nazirliyin Muğan Regional Mərkəzində təcrübə keçirlər. Onlar qrup rəisi vəzifəsində Mərkəzin gündəlik iş rejimi, Xüsusi xilasetmə hissəsinin fəaliyyəti, sənədləri, xilasetmə alət və avadanlıqları ilə tanış olur və məşğələlərdə iştirak edirlər.

Təcrübə keçən kursantlara hissənin istifadəsində olan xilasetmə alət və avadanlıqların, su pompalarının, cihazların və ləvazimatların təyinatı, işə hazırlanması, yoxlanılması, daşınması, lazımi yerdə quraşdırılması və ona xidmət göstərilməsi haqqında məlumat verilmişdir. Onların tətbiqi zamanı təhlükəsizlik qaydaları izah olunmuş, alət və avadanlığın işə salınması əyani nümayiş etdirilmişdir. Təlim nöqtəsində alpinist ləvazimatlarından istifadə etməklə hündürlüyə qalxma və enmə, zərərçəkmişlərin endirilməsi, xilasedicinin yüksək mərtəbəli binadan enməsi, zərərçəkmişin alpinist avadanlığı vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilməsi, sığorta və özünüsığorta elementləri haqqında məlumatlar verilir. Kursantlar Mərkəzin digər struktur bölmələrinin fəaliyyəti ilə də tanış olurlar.

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu