Geri

FHN-nin Şimal-Qərb Regional Mərkəzi qərargah məşqi keçirmişdir

FHN Şimal-Qərb Regional Mərkəzində 2014-cü il üçün Hazırlıq Planına uyğun olaraq “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda qərargah məşqi keçirilmişdir.

  Regional Mərkəzin ərazisində əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, əhalinin xəbərdar edilməsi, fövqəladə hal zonasında kəşfiyyat işlərinin həyata keçirilməsi, mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən xilasetmə qurumlarının koordinasiyası, qəza-xilasetmə, digər təxirəsalınmaz işlərin görülməsi və zərərçəkmişlərə ilkin tibbi yardım göstərilməsi, eləcə də əhalinin köçürülməsi üzrə tədbirlərin yerinə yetirilməsi, bunun üçün təhlükəsiz ərazilərin seçilməsi, regiondakı epidemioloji vəziyyət barədə məlumatların toplanması, zərurət yarandıqda karantin sahələrin müəyyən edilməsi üzrə təkliflərin hazırlanması istiqamətində rəhbər və zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, baş vermiş fövqəladə  hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanması məsələləri  qərargah məşqinin gündəliyində olmuşdur.

   Məşq Mərkəzə daxil olmuş şərti məlumatlar - episentiri Balakən rayonunun Qabaqçöl qəsəbəsinin şimal-qərbində olmaqla 4.5 bal gücündə zəlzələ və Şamaxı rayonu Çuxuryurd qəsəbəsində sürüşmə baş verməsi, habelə Qəbələ şəhərində marşrut üzrə hərəkət edən sərnişin avtobusunun sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarında fəaliyyət göstərən yanacaq doldurma məntəqəsinə çırpılması hadisələri üzrə aparılmışdır. Verilmiş hər bir məlumata əsasən Mərkəzin şəxsi heyətinin hazırlıq səviyyəsinə gətirilməsi, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və Nazirliyin müvafiq qurumları ilə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, vəziyyətin qiymətləndirilməsi, hadisələrin nəticələrinin aradan qaldırılması, idarəetmənin təşkili, hadisə yerində ümumi kəşfiyyat aparılmasının təşkil edilməsi, avtomobil yollarının vəziyyəti barədə məlumatın toplanması, yollarda nəzarətçilərin yerləşdirilməsi, qəza-bərpa işlərini aparmaq üçün qəza-bərpa dəstələrinin hazır vəziyyətə gətirilməsi, metereoloji vəziyyətə nəzarət edilməsi, hadisə zonasında asayişin mühafizəsinin təşkili, 24 saat ərzində növbətçiliyin təşkili, verilən məlumatların vaxtında çatdırılmasının təşkili, rayon ictimai asayişin mühafizə xidmətləri ilə birlikdə fövqəladə hal rayonunda ictimai asayişin qorunmasının təşkili, alternativ yolların dəqiqləşdirilməsi və nəqliyyatın gediş-gəlişinin istiqamətləndirilməsinin təşkili, Rayon FHK və köçürmə komissiyaları ilə birlikdə əhalinin təhlükəsiz ərazilərə köçürülməsinin təmin edilməsi, hadisə zonasında rayon hərbiləşdirilmiş MM qüvvələri ilə birlikdə xilasetmə işlərinin təşkili, zərərçəkənlər barədə məlumatların toplanması, xəsarət alanların monitorinqinin aparılması, hadisə yerinə cəlb edilmiş qüvvə və vasitələrin hesabatının dəqiqləşdirilməsi  və sair tədbirlər məşq edilmiş və şərti işarələrlə xəritə üzərində təsvir edilmişdir.

        Qərargah məşqində verilən əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilmişdir.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu