Geri

Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursantları Qarabağ Regional Mərkəzində təcrübə keçirlər

FHN Akademiyasının kursantları nazirliyin Qarabağ Regional Mərkəzində təcrübə keçirlər. Onlar Mərkəzin gündəlik iş rejimi, fəaliyyəti, xilasetmə alət və avadanlıqları ilə tanış olur, bilik və bacarıqlarını artırırlar.

Mərkəzdə kursantlara gündəlik fəaliyyət zamanı aparılan işlər və müvafiq sənədləşmələr haqqında məlumat verilir. Təcrübə keçənlər Mərkəzin Xüsusi xilasetmə hissəsinin praktiki fəaliyyətində də yaxından iştirak edirlər. Onlar texnika, alət və avadanlıqlara qulluq zamanı iş prinsiplərini dərindən mənimsəməklə yanaşı, istifadə qaydalarına və təhlükəsiz iş üsullarına da yiyələnirlər. Xilasetmə hissəsinin zabitləri, aparıcı əməkdaşları kursantlara yaxından köməklik göstərərək, subasmalar zamanı istifadə olunan pompa və su nasosları, xilasetmə əməliyyatları zamanı işlədilən kəsici alətlər, motomişarlar, motolaqondalar, uçqun hadisələri nəticəsində zərərçəkmişləri xilas etmək üçün alpinist avadanlıqları və digər texnika nümunələri nümayiş etdirir, onların təyinatı, texniki spesifikası haqqında ətraflı məlumatlar verirlər.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu