Geri

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində "Elide Fire" avtomatik yanğınsöndürmə topunu təqdim etmişdir

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi  İdarəsində Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunu təqdim etmişdir.

Təqdimatla bağlı keçirilmiş tədbirdə bildirilmişdir ki, avtomatik yanğınsöndürmə topu insan müdaxiləsi, mexaniki təsir olmadan kiçik bir alışma, alov toxunduğu zaman  aktivləşir və yanğın 3-5 saniyə müddətində sönür. 

Baş Polis İdarəsi Dövlət Yol Polisinin şəxsi heyətinə ekoloji cəhətdən təhlükəsiz olan  avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri  haqqında məlumat verilərək qeyd olunmuşdur ki, bu yanğınsöndürmə vasitəsini alovun mərkəzinə atmaqla yanğını dərhal söndürmək  mümkündür və onu yanğın zamanı tətbiq etmək üçün heç bir yaş məhdudiyyəti və xüsusi texniki təlimə ehtiyac yoxdur. Yanğınsöndürmədə  yeni texnologiya olan avtomatik yanğınsöndürmə topunun həm də siqnalizasiya vasitəsi, 6 il müddətində istismara yararlı olması, bu müddətdə yenidən doldurulmasına və işlək vəziyyətdə olmasına nəzarət edilməsinə ehtiyac olmaması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.  Həmçinin bildirilmişdir ki, çəkisi 1,3 kq olan bu avtomatik yanğınsöndürmə vasitəsi hazırda istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən 5-10 dəfə yüngüldür və A, B, C sinif yanğınları, habelə 1300V gərginlik altında  olan elektrik qurğularında, avtomobillərdə baş vermiş yanğınları söndürmək iqtidarındadır.

    Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları  yanğınların statistikası və təhlilinə istinad edərək bildirmişlər ki, nəqliyyat vasitələrində 2012-ci ildə 340, 2013-cü ildə 372 yanğın hadisəsinin baş vermiş, bu yanğınların genişlənməsinin  başlıca  səbəbləri isə avtomobillərdə ilkin  yanğınsöndürmə  vasitələrinin  olmaması,  sürücülərin bu vasitələrin təyinatını və onlardan düzgün istifadə edilməsini bilməmələridir.

Bütün bunları nəzərə alaraq, Dövlət Yol Polisi  İdarəsinin şəxsi heyəti tərəfindən sürücülər arasında müvafiq maarifləndirmə işlərinin aparılması zəruridir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu