Geri

FHN-nin Muğan Regional Mərkəzi Saatlı rayon Mərkəzi xəstəxanasında maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli”  mövzularında növbəti maarifləndirmə tədbirini Saatlı rayon Mərkəzi xəstəxanasında keçirmişdir. Tədbirin əsas məqsədi tibbi personalın fövqəladə hallar zamanı davranış qaydalarının izah edilməsi, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının vaxtında alınması üçün profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

 Öncə xəstəxana əməkdaşlarına Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyət istiqamətlərindən ətraflı bəhs edilmişdir.   Sonra fövqəladə hallar baş verən zaman nə etməli, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi hallar baş verdikdə davranış qaydaları, yanğın təhlükəsizliyi, ilkin yanğınsöndürmə cihazları və səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinə əməl olunması qaydaları haqqında məlumat verilmiş, mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Sonda tibbi personalı maraqlandıran suallar mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu