Geri

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-nin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 1 saylı Stomatoloji Poliklinikada “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Səhiyyə Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən keçirilən bu maarifləndirmə tədbirində əsas məqsəd səhiyyə işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına və səhiyyə müəsissələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşları, poliklinikanın işçiləri iştirak etmişlər.

FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”,  “Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli?”, “Elektriklə davranış qaydaları” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır”   mövzularında çıxışlar etmişlər.

Sonra “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda Nazirliyin hazırladığı video-çarx nümayiş etdirilmiş, tədbir iştirakçıları  ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və təbliğat xarakterli bukletlər paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu