Geri

FHN-nin Cənub Regional Mərkəzində tədbir keçirilmişdir

Fövqəladə  Hallar  Nazirliyinin Cənub  Regional  Mərkəzində “Tədris dövrünün yekunu, xidmətin təşkili və növbəti tədris yarım ili üçün tapşırıqların verilməsi” mövzusunda tədbir keçirilmişdir.

Öncə  2014-cü ilin 6 ayı ərzində xidmətin və nizam-intizamın vəziyyəti ilə bağlı geniş məlumat verilmiş, xidmət dövründə Mərkəzin struktur bölmələri tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində görüləcək  tədbirlərin vacibliyi diqqətə çatdırılmışdır.  Sonra  yeni tədris dövrü ilə bağlı Mərkəzin struktur bölmələri qarşısında duran vəzifələr barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə  Mərkəzin struktur  bölmələri  rəhbərlərinin  2014-cü ilin 6 ayı ərzində görülmüş işlər barədə  çıxışları  dinlənilmiş, qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu