Geri

FHN Şimal-Qərb Regional Mərkəzinin komandası “Qəbələ rayon İcra Hakimiyyəti kuboku” uğrunda futbol üzrə rayon birinciliyinin qalibi olmuşdur

Qəbələ Olimpiya İdman Kompleksinin stadionunda  “Qəbələ rayon İcra Hakimiyyəti kuboku” uğrunda futbol üzrə  rayon birinciliyi keçirilmişdir. Olimpiya sistemi üzrə  keçirilən çempionata rayonun şəhər, qəsəbə və kəndlərindən, həmçinin idarə, müəssisə və təşkilatlarından 22 komanda qatılmışdır.

Yarışda iştirak edən FHN Şimal-Qərb Regional Mərkəzinin komandası rayonun Vəndam qəsəbə, Kiçik Pirəli kənd, Topbağ kənd komandalarını və FHN-nin “N” saylı hərbi hissəsinin komandasını məğlub edərək yarışın final mərhələsinə vəsiqə qazanmışdır.

Çempionatın final mərhələsində rayonun Şamlı kənd inzibati ərazi dairəsinin komandası ilə qarşılaşan Şimal-Qərb Regional Mərkəzinin komandası gərgin idman mübarizəsi şəraitində keçən oyunda 3:1 hesabı ilə qalib gələrək “Qəbələ rayon İcra Hakimiyyəti kuboku”nu qazanmışdır. Qalib komandaya rayon İcra Hakimiyyətinin kuboku və diplomlar təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu