Geri

FHN-nin Muğan Regional Mərkəzi Hacıqabul rayonunda seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Hacıqabul rayon İcra Hakimiyyətinin akt zalında ”Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda seminar-müşavirə keçirdi. Müşavirədə  İcra hakimiyyətinin rəhbər işçiləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, sahibkarlar, Muğan  Regional  Dövlət Yanğın Nəzarəti idarəsinin rəis müavini və Muğan Regional Mərkəzin əməkdaşları iştirak etdi.

Seminar-müşavirədə Muğan Regional Mərkəzin əməkdaşları tərəfindən qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı danışıldı, yanğına qarşı təbliğat işinə geniş yer verildi. Azərbaycanda baş vermiş yanğınlar və onların baş vermə səbəbləri haqqında ümumiləşdirici məlumat verildikdən sonra, müşavirə iştirakçılarına yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlərin aparılması mövzusunda izahlar verildi. Sonra mövzulara dair müxtəlif slaydlar nümayiş etdirildi. Bundan başqa, Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topu müşavirə iştirakçılarına təqdim olundu və bu haqda ətraflı məlumatlar onların diqqətinə çatdırıldı.

Fövqəladə Hallar Nazirliyinin  fəaliyyət istiqamətləri, struktur bölmələri haqqında video-çarx nümayiş etdirildikdən sonra, seminar-müşavirədə edilən çıxışların rəhbər işçilər tərəfindən iş yerlərində bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi və belə tədbirlərin  davam etdirilməsi qərara alındı.    

   

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu