Geri

FHN-nin Sumqayıt Regional Mərkəzi Xızı rayonunda maarifləndirmə tədbiri keçirmişdir

FHN-nin Sumqayıt Regional Mərkəzi Xızı rayonunun Baxışlı kəndi və Altıağac qəsəbəsində yerləşən meşə sahələrində, eləcə də “Cənnət bağı”, “Vüsal”, “Mərcan”, “Altıağac”, “Həyat” istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir.

Sumqayıt Regional Mərkəzi ilə Dövlət Yanğın Nəzarəti Xidməti arasında  razılaşdırılmış qarşılıqlı fəaliyyət planına uyğun olaraq Mərkəzin Ərazi orqanları ilə iş şöbəsinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Xızı rayonunun Baxışlı kəndi və Altıağac qəsəbəsində yerləşən meşə sahələrində, eləcə də “Cənnət bağı”, “Vüsal”, “Mərcan”, “Altıağac”, “Həyat” kimi bir sıra istirahət mərkəzlərində olmuş, orada istirahət edən əhali arasında maarifləndirmə işi həyata keçirmişlər.

Tədbirlərin əsas məqsədi burada çalışan personalı və istirahət edən vətəndaşları yanğın ehtimalı baş verə biləcək yerlərdə, xüsusilə də meşə zolaqlarında son dərəcə diqqətli olmağa çağırmaq olmuşdur. Təlimat zamanı vətəndaşlara yanğın təhlükəsizliyi norma və prinsipləri barəsində də ətraflı məlumat verilmişdir. Eyni zamanda yerli əhaliyə meşə massivlərində yanğınların baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində də tövsiyələr verilmişdir.

Təlimatda iştirak edən vətəndaşlara yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bukletlər, müxtəlif maarifləndirici xarakterli təbliğat materialları paylanılmışdır. Sonda vətəndaşları maraqlandıran bütün suallar cavablandırılmışdır.

Maarifləndirmə tədbiri Fövqəladə Hallar Nazirliyinin qəzetində və internet saytında işıqlandırılmışdır.  

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu