Geri

FHN DYNX-nin əməkdaşları Bakı Dəmiryolu Vağzalında seminar keçirmişlər

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı Dəmiryolu Vağzalında seminar keçirmişlər.

Seminarda ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və onların tətbiq olunması qaydaları haqqında vağzalın personalı və vaqon bələdçilərinə ətraflı məlumat verilmiş, həmçinin  avtomatik yanğınsöndürmədə yeni texnologiya - Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası ilə bağlı təqdimat olmuşdur.

Bundan başqa, dəmiryolu işçilərinə yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılması üçün tövsiyələr verilmiş, yanğın təhlükəsizliyinin təmin olunması sahəsində başlıca vəzifələr haqqında söhbət açılmışdır.

Sonda yanğına qarşı təbliğat işində metodik vəsait kimi istifadə olunması üçün yaddaş kitabçası və vərəqələr Bakı Dəmiryolu Vağzalına təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu