Geri

FHN Şimal Regional Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. 

Tədbirdə çıxış edən Mərkəzin rəhbərliyi  Silahlı Qüvvələr günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, 26 iyun 1918-ci il tarixində Milli Ordumuzun yaradılmasını Azərbaycan tarixinin qızıl səhifələrindən biri kimi dəyərləndirmişdir.

Çıxışlarda bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vahid komandanlıq altında ordu quruculuğu prosesinə başlanılmış və qısa müddətdə nizami ordu yaradılmışdır. Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir.

Tədbirdə ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesindən, Ali Hərbi Məktəbin yaradılmasından, eyni zamanda Azərbaycan hərbiçilərinin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində müxtəlif ixtisasartırma və təlim kurslarında iştirakından söz açılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu