Geri

FHN Sumqayıt Regional Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzində 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə  Sumqayıt Regional Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları iştirak etmişlər.   

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin formalaşması tarixi və onun keçdiyi şərəfli yoldan bəhs etmiş, ölkəmizdə ən müasir standartlara uyğun və  yüksək nizam-intizama malik olan milli ordu quruculuğu prosesində xalqımızın Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışlar. Natiqlər Azərbaycanda ordunun  NATO standartlarına uyğunlaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu, davamlı və məqsədyönlü islahatlardan danışmış, günü-gündən qüdrətlənən Silahlı Qüvvələrin maddi-texniki təminatının yüksəldiyi, hərbi sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğının artdığını qeyd etmişlər.

Hər bir azərbaycanlı  bu gün tam olaraq əmindir ki  şanlı ordumuz işğal altındakı torpaqları azad etməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir.

Tədbirin sonunda “Vətənin keşiyində!” adlı sənədli film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu