Geri

FHN-nin Qarabağ Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

FHN-nin Qarabağ Regional Mərkəzi Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində  «Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi sahəsində yerli icra hakimiyyəti və özünü idarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi, mülki müdafiə hazırlığının təşkil olunması» mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi yerli qurumlarının əməkdaşları ilə yanaşı, rayon icra hakimiyyətinin məsul işçiləri, rayondakı idarə və təşkilatların nümayəndələri,  kənd və qəsəbə inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri, yerli sahibkarlar iştirak etmişlər.

Görüşün keçirilməsində məqsəd Qarabağ regional mərkəzinin inzibati ərazisində yaşayan və fəaliyyət göstərən insanların fövqəladə hallar sahəsində biliklərinin artırılması, onlara baş verə biləcək fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarının aşılanması, həmçinin su hövzələrində baş verə biləcək fövqəladə hadisələrin profilaktikası olmuşdur.

Sonra mövzular ətrafında çıxışlar edilmişdir. Mərkəz əməkdaşları iştirakçılara Fövqəladə Hallar Nazirliyi və Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə ümumiləşdirilmiş məlumatlar vermiş, fövqəladə hallar,  radiasiya və kimyəvi fəlakətlər zamanı davranış qaydaları, mülki müdafiə haqqında söhbətlər aparmışlar. «Təbii və texnogen mənşəli fövqəladə hallar» , «Çimərliklərdə təhlükəsizlik qaydaları» və  «Fövqəladə hadisələr zamanı “112 Qaynar xəttinə müraciət qaydaları» mövzularında çıxışlar edilmişdir. Bundan başqa, biçin mövsümü ilə əlaqədar olaraq dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri, meşəlik ərazilərdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən də ətraflı bəhs edilmiş, müşavirə iştirakçılarına yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğın hadisələrinin profilaktikası barədə ətrafı izahlar verilmişdir.

Məruzəçilər tərəfindən dinləyiciləri maraqlandıran suallar cavablandırılmış, qarşıda duran məqsəd və vəzifələrlə bağlı fikir mübadiləsi aparılmış, FHN-nin Qarabağ Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə edilmişdir.

 

   

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu