Geri

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti nəqliyyat müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Beynəlxalq  Dəniz Ticarət Limanının  Dəniz Vağzalında  yanğına qarşı təbliğat xarakterli növbəti tədbir keçirmişdir.

Tədbirdə nəqliyyat müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələbləri  haqqında ətraflı söhbət açılmış, bununla əlaqədar müvafiq tədbirlər planının işlənib hazırlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, yanğın törədə biləcək səbəblərin və şəraitin aradan qaldırılmasının təmin olunması, yanğın hadisəsi baş verdikdə işçilərin,  əmlakın təhlükəsiz təxliyəsinin həyata keçirilməsi, yanğının yayılmasının məhdudlaşdırılmasını təmin edən şəraitin yaradılması, yanğının tez ləğv olunmasını təmin edən yanğınsöndürmə vasitələrinin daim hazır vəziyyətdə olması, həmçinin ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi ilə əlaqədar tövsiyələr verilmiş, iştirakçıları maraqlandıran suallar  ətraflı cavablandırılmışdır.   

Sonda yanğınsöndürmədə yeni texnologiya  - Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında məlumat verilmiş,  metodik vəsait kimi yanğına qarşı təbliğat xarakterli yaddaş kitabçaları təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu